Son Xəbərlər

Yapon şirkətləri Balaxanı Sənaye Parkı ilə tanış olublar

Yaponiyanın “Mitsubishi”, “Sumitomo”, “Mayekawa” və “Roboto” şirkətlərinin nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar. Qonaqlara səhmdar cəmiyyətin fəaliyyəti və reallaşdırdığ...
27.02.2017

Fransanın dövlət katibi “Təmiz Şəhər” ASC-də olub

Bakıya səfəri çərçivəsində Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçı...
13.02.2017

Milli Məclisin deputatları Balaxanı Sənaye Parkı ilə tanış olublar

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Balaxanı Sənaye Parkında olublar....
19.11.2016

Balaxanı Sənaye Parkının yeni rezidenti məlum oldu.

Oktyabrın 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Qeyri neft sənayesi sahələrinin inkişafı: mebel sənayesi" mövzusunda tədbir keçirilib. Tədbirdə qeyri-neft sənayesinin müxtəlif sa...
28.10.2016

Balaxanı Sənaye Parkının yeni rezidenti məlum oldu.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni rəqabətqabiliyyətli və ixracyönümlü sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib, beləliklə sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyri-neft sənayesinin ixrac potensialının artırılması məqsədilə dövlət tərəfindən mühüm dəstək mexanizmləri tətbiq olunur. Qeyd edilib ki, dövlət başçısının "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 18 yanvar tarixli Fərmanı və müvafiq sahələr üzrə sərəncamları, qəbul edilmiş qərarlar qeyri-neft istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar yerli istehsalın daha da genişləndirilməsi üçün böyük imkanlar açır.

Sonra İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev çıxış edərək elmi-tədqiqatların iqtisadiyyatın inkişafında, qeyri-neft istehsalının və onun ixrac potensialının artırılmasında əhəmiyyətini vurğulayıb.

Tədbirdə idxal olunan komponentlərin yerli istehsalının təşkili ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, mebel istehsalında lazım olan bir sıra komponentlər xaricdən gətirilir. İdxal komponentlərinin azaldılması və yerli komplektləşdirici vasitələrdən istifadə olunması məqsədilə yerli mebel istehsalçıları ilə sənaye müəssisələri arasında əlaqələr genişləndirilməlidir.

Tədbirdə "Embawood" MMC, "Saloğlu" MMC, "Foriella" MMC və istehsal müəssisələrinin rəhbərləri mebel istehsalının genişləndirilməsi, bu sahədə yerli komponentlərdən istifadə edilməsi imkanları barədə təkliflərini bildiriblər.

Tədbir çərçivəsində "Foriella" MMC-yə Balaxanı Sənaye Parkının rezidenti statusunu təsdiq edən şəhadətnamə təqdim olunub.


28.10.2016