Son Xəbərlər

Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib

Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib. Dövlətimizin başçısı Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda görülən işlərlə də tanış olub....
22.09.2017

Yapon şirkətləri Balaxanı Sənaye Parkı ilə tanış olublar

Yaponiyanın “Mitsubishi”, “Sumitomo”, “Mayekawa” və “Roboto” şirkətlərinin nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar. Qonaqlara səhmdar cəmiyyətin fəaliyyəti və reallaşdırdığ...
27.02.2017

Fransanın dövlət katibi “Təmiz Şəhər” ASC-də olub

Bakıya səfəri çərçivəsində Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçı...
13.02.2017

Milli Məclisin deputatları Balaxanı Sənaye Parkı ilə tanış olublar

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Balaxanı Sənaye Parkında olublar....
19.11.2016

 

İnvestisiya güzəştləri:

- qeydiyyata alındıqdan sonra 7 il müddətinə mənfəət vergisindən (fərdi sahibkarlar isə gəlir vergisindən) azad olma;

- qeydiyyata alındıqdan sonra 7 il müddətinə torpaq vergisindən azad olma;

- qeydiyyata alındıqdan sonra 7 il müddətinə əmlak vergisindən azad olma;

- qeydiyyata alındıqdan sonra 7 il müddətinə sənaye parkında istehsal sahəsinin qurulması və istehsal məqsədi ilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğuların gömrük rüsumundan azad edilməsi.

 

Faydalar:

- Bir istehsal sahəsinin tullantısının digər istehsal sahəsində xammal kimi istifadə olunması

- Tullantıların zərərsizləşdirilməsi zamanı əldə edilən alternativ enerjinin sənaye parkında istifadə olunması imkanı

- Əməkdaşlıq, ümumi infrastruktur və xidmətlərdən səmərəli faydalanma

- Təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunması

- Xammal idxalı asılılığının azaldılması

 

İnfrastruktur:

- Balaxanı-Binəqədi magistral yolu ilə birləşdirən şosse

- Kommunal xidmətlər: elektrik, su, kanalizasiya, qaz və istilik təchizatı, tullantıların yığılması və atılması, telefon xətti, ADSL internet bağlantısı

- Daxili xidmət vasitələri: yük maşını üçün tərəzi, anbar, bank və poçt, təmir emalatxanası, inzibati bina (ofis), əməliyyat binası (yeməkxana, duş kabinələri, soyunma otağı və s.), birmərtəbəli istehsalat binaları

- Ümumi xidmətlər: avtobus xidməti, avtomobil dayanacağı, hasarlanmış ərazi, təhlükəsizlik və mühafizə (yanğından mühafizə sistemi də daxil olmaqla), müntəzəm ekoloji monitorinq

 

Hədəf sənayelər:

- Plastikin təkrar emalı

- Şin/rezinin təkrar istehsalı

- Elektrik və elektron cihaz tullantılarının təkrar emalı

- Akkumulyatorların təkrar emalı

- Əlvan metal və kabellərin təkrar emalı

- Təhlükəli məişət tullantılarının təkrar emalı (batareya, lampalar, civə tərkibli əşyalar və s.)

- Yaşıl (təkrar emal olunmuş) məhsulların istehsalı

 

Üstünlüklər:

- Əlverişli şərtlərlə qısa və uzunmüddətli kredit almaq imkanı;

- Əlverişli qiymətlə torpaq və sənaye binalarının kirayəsi

- Vergi və gömrük güzəştlərinin tətbiqi

- Magistral yola, dəmir yoluna, beynəlxalq hava limanına, dəniz limanına asan çıxışı olan çox əlverişli mövqedə yerləşməsi;

- Rusiyaya, Xəzər və Qara dəniz, Qafqaz və Mərkəzi Asiya ölkələri kimi önəmli ixracat bazarlarına yaxınlığı;

- Həm yüksək səriştəli ixtisaslaşmış işçi qüvvəsi, həm də ucuz işçi qüvvəsi;

- Vahid infrastruktur;

- Prosedurların sadələşdirilməsi/inzibati məsələlərin həlli üçün vahid pəncərə sistemi

- Ümumi xidmətlərdən yararlanmaq imkanı